YAP Laçın rayon Təşkilatının fəalları şəhid ailələrini və qaziləri ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının fəalları şəhid və qazi ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Görüşlər zamanı adlarını müasir tariximizin qəhramanlıq salnaməsinə yazan şəhidlərimizin əziz xatirəsi etiramla yad edilib.

Tədbirdə iştirak edən YAP Laçın rayon Təşkilatının sədri İlqar İlyasov 44 gün davam edən Vətən müharibəsində şücaət göstərən igid övladlarımızın Vətən sevgisindən, qəhrəmanlıqlarından söhbət açıb. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşmən üzərində inamlı qələbəsindən bəhs edən İ.İlyasov bildirib ki, hər zaman şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşılır, bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər görülür. Görüşdə şəhidlərin və qazilərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.

Zümrüd

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...