Hərbi Qənimətlər Parkının veb saytı istifadəyə verilib

Hərbi Qənimətlər Parkının veb saytı istifadəyə verilib.

SİA-nın məlumatına görə, veb saytın yaradılmasında məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunmasıdır.

Saytda özəlliklərdən biri odur ki, ziyarətçilər texnikaların qarşısında yerləşən məlumat tablolarındakı QR kodları "scan" edərək texnikalar haqqında daha ətraflı məlumatı veb sayt üzərindən 1 toxunuşla əldə edə biləcəklər.

Hərbi Qənimətlər Parkının veb saytı: www.herbiqenimetlerparki.az

Xatırladaq ki, Hərbi Qənimətlər Parkının açılışı aprel ayının 12-də baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...