Ermənilər 35 Şərq çinarını məhv edib - ETSN-nin sektor müdiri

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Cəbrayıl rayonuna mediatur təşkil olunub. SİA-nın məlumatına görə, səfər zamanı jurnalistlər rayonun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçiriblər və erməni vandallarının törətdikləri vəhşiliklərin şahidi olublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Əmirvarlı kəndi ərazisində 800 yaşı olan Şərq çinarları haqqında danışıb.

O bildirib ki, ağac 1974-cü ildə xüsusi qorunma statusu alıb: "İşğal zamanı ermənilər Şərq çinarını məhv edib. Qubadlı, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında 35 belə Şərq çinarı olub. Bu rayonların hamısında ermənilər ağacları məhv edib".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...