Masallı rayon Gİİ-nin kollektivi müharibə iştrakçısı idmançımızı ziyarət edib
Bu gün Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi II Qarabağ müharibəsinin iştrakçısı müharibə veteranı Adilzadə Xalid Qadir oğlunu ziyarət edib. Ziyarət zamanı idmançımızın keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. İdmançımız onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Adilzadə Xalid Qadir oğlu 23 iyun 1992-ci ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətən müharibəsinin başladığı ilk güdən könüllü olaraq döyüşlərə qatılıb, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsində qəhrəmancasına döyüşüb.
Adilzadə Xalid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Adilzadə Xalid kyokusinkay karate idman növü ilə məşğul olub, müxtəlif vaxtlarda Respublika və beynəlxalq səviyyəli yarışların iştirakçısı və mükafatçısı olub.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB