Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı FOTO

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə müntəzəm reydlər aparır, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.

Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin ataraq qaçdığı 2 “İQLA-S” zenit-raket kompleksi, 4 avtomat, 7 müxtəlif növ qumbaralar, 1 “Karbonit” silahı, 1 tank əleyhinə qumbaraatan, 19 mindən çox müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə