Zəngilan və Qubadlı rayonlarının əkin sahələri minalardan təmizlənilib

Zəngilan və Qubadlı rayonlarının əkin sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənilib. SİA xəbər verir ki, 2020-ci il 15 dekabr tarixindən başlayaraq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin və Daxili İşlər Nazirliyi, Daxili Qoşunlarının mütəxəssisləri ilə birlikdə işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonları ərazisində kənd təsərrüfatı üçün nəzərdə tutulmuş əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənilməsi əməliyyatlarına başlanılıb.

15-21 dekabr tarixlərində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 684 000 kv.m (68,4 ha) ərazi yoxlanılıb, 23 ədəd partlamamış hərbi sursat (PHS) və 42 ədəd 5.45 mm-lik patronlar aşkar edilərək götürülüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə