Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edirlər

Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində “Qış hazırlığı-2023” təlimləri keçirilir. SİA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla 17 ölkənin hərbçiləri iştirak edir.

Məlumata görə, “Qış hazırlığı-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.

Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb edilib.

Təlimlərdə texnikalar və silahlar sınaqdan keçirilir, verilən tapşırıqlar icra olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə