İtaliyada son sutkada koronavirus qurbanlarının sayı 235 nəfər artaraq 146 min 149-a yüksəlib.
SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı isə 104 min 65 nəfər artaraq ümumilikdə 10 milyon 925 min 485-ə çatıb.
Ölkədə aktiv koronavirus xəstələrinin sayı 2 milyon 643 min 817, reanimasiya şöbəsində olanların sayı 1593 nəfərdir.
Keçən il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində bu günədək İtaliyada 127 milyon 538 min 360 doza peyvənd vurulub. Peyvəndlərini tamamlayanların sayı isə 47 milyon 313 min 660 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti isə 87,6 faizdir).
İtaliyada sentyabrın 20-dən etibarən xərçəng xəstələri və immuniteti zəif olan şəxslərə üçüncü doza peyvənd vurulur. İndiyədək 49 milyon 923 min 911 doza əlavə peyvənd tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB