COVID-19-a yoluxma sayına görə rekorda imza atan ölkə FRANSA OLUB

COVID-19-a yoluxma sayına görə rekorda imza atan ölkə FRANSA OLUB

Fransa gün ərzində koronavirusa yoluxma hallarının sayına görə yeni rekorda imza atıb. SİA xəbər verir ki, yerli mətbuat orqanlarının məlumatına görə qısa müddət ərzində ölkədə 94,1 mindən çox yoluxma faktı aşkar edilib.

Bu rekord, COVID-19 pandemiyasının başlanmasından bəri ölkənin bütün zamanların rekordudur.

Qeyd olunur ki, gün ərzində ölkədə epidemiya başlayandan bəri 1,55 milyon olmaqla maksimum testlər aparılıb.

Həmçinin bildirilir ki, fransızların əksəriyyəti koronavirusa qarşı peyvənd olunub, 20 milyondan çox insan artıq gücləndirici doza da alır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə