"Omikron" koronavirus ştamından ilk ölüm İsraildə qeydə alınıb. SİA xəbər verir ki, bu barədə KAN televiziya və radio korporasiyasının məlumatında qeyd olunur.
KAN televiziya və radio korporasiyasının məlumatına görə, 75 yaşlı kişi dünən vəfat edib. Qeyd olunur ki, o, peyvəndin cəmi iki dozasını qəbul edib və dozanın ikincisindən 6 aydan çox vaxt keçdikdən sonra ölüb.
Xatırladaq ki, bu həftənin əvvəlində İsrailin baş naziri Naftali Bennett bildirib ki, koronavirusun beşinci dalğası başlayıb və direktivlər qısa zamanda yayımlanacaq.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB