Dünya getdikcə, deyəsən, ağlını itirir

Müalicəsi olmayan və ümumiyyətlə, laqeyd baxılan demans xəstəliyi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatı təşkilatın İsveçrənin Cenevre şəhərindəki mərkəzində açıqlanıb
Dünya getdikcə, deyəsən, ağlını itirir

Dünya üzrə 55 milyon adamın xalq arasında "ağlını itirmə" olaraq tanınan demans xəstəliyi ilə yaşadığı, bu rəqəmin 2030-cu ildə 78 milyona çatacağının ehtimal olunur.

Müalicəsi olmayan və ümumiyyətlə, laqeyd baxılan demans xəstəliyi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatı təşkilatın İsveçrənin Cenevre şəhərindəki mərkəzində açıqlanıb.

Hesabatda demansın alzaymır və iflic kimi beyinə təsir edən müxtəlif xəstəlik və yaralanmalardan qaynaqlandığı qeyd edilir: “Qlobal ölçüdə 55 milyon adam demans xəstəsidir. Mövcud artımla bu rəqəm 2030-cu ildə 78 milyon, 2050-ci ildə isə 139 milyona çata bilər.

Dünyada hər dörd ölkədən birinin demans xəstələri və ailələrini dəstəkləmək üçün milli səhiyyə siyasəti var. Digər bütün dövlətləri də bu xəstəliyə qarşı addım atmağa çağırırıq.”

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus hesabata dair etdiyi şərhdə deyib: "Demans milyonlarla insanın xatirələrini, azadlığını və etibarını əlindən alır, eyni zamanda, sevdiyimiz insanları və tanışları da bizdən. Dünya demanslı insanları üzü üstə buraxır və bu, hamımızı üzür."

Bütün xəbərlər Facebook səhifəmizdə