Ağdaşda dezinfeksiya işlərinə başlanıb

Ağdaşda dezinfeksiya işlərinə başlanıb

Koronavirus infeksiyasına qarşı tibbi profilaktiki tədbirlər ölkəmizin hər yerində olduğu kimi Ağdaş rayonunda da aparılır. SİA xəbər verir ki, burada əsasən binalar, binaların girişi, parklar, prospekt və yollar dezinfeksiya edilir. Dezinfeksiya işlərindən əvvəl vətəndaşlar məlumatlandırılır, iaşə obyektlərinə giriş məhdudlaşdırılır. Dezinfeksiya işlərini aparan Ağdaş rayon Gigiyena və Epidemiologiya mərkəzindən bildirilib ki, şəhər mərkəzində 40 yaşayış binasında 1200 ailə məskunlaşır. Bu ailələrin sağlamlığının qorunması məqsədilə dezinfeksiya işləri sürətli şəkildə aparılır. Qeyd edək ki, sözügedən yaşayış binalarında dezinfeksiya işləri başa çatdıqdan sonra binaların təkrar 2-ci və 3-cü dəfə dezinfeksiya olunması nəzərdə tutulub.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə