Cəmiyyətdə insanlar arasında baş ağrısı yayılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, nevrologiya mütəxəssisi Oğuzhan Onultan baş ağrısının səbəbləri haqqında məlumat verib.
Nevrologiya mütəxəssisi qeyd edib ki, maqneziumla zəngin meyvə və tərəvəzləri tez-tez istehlak etmək bədənin şişkinliyin qarşısını alır və bu isə miqrenin təsirindən yaranan ağrıları, şişkinliklərin meydana gəlməsinin azaldır.
Mütəxəssis vurğulayıb ki, bunun üçün müxtəlif yemək reseptləri hazırlamaq lazımdır: "İspanaq, kərəviz, kətan toxumu, banan və çiyələk kimi damar sağlamlığını qoruyan məhsullardan təbii reseptlər hazırlamaq və gündə ən azı 2 litr su içmək lazımdır. Bunlara əməl etməklə miqren ağrılarından həqiqətən qurtulmaq olar.
Bağırsaqlar orqanizmi idarə edir. Buna görə də yediyimiz və içdiyimiz qida çox vacibdir. Hər zaman baş ağrısı olduğumuz zaman dərmana üstünlük vermək əvəzinə bəzi qidalardan çəkinməklə, pəhrizlər saxlayaraq miqrenin qarşısını ala bilərik. Şişkinliyə səbəb olmayacaq qidalar istehlak etməyimizi məsləhət görürəm".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB