"Peyvənddən sonra bu halların olması normaldır" HƏKİMDƏN AÇIQLAMA

“Bu gündən etibarən “Supitnik V” peyvəndinin tətbiqinə başlanılır. Bildiyimiz kimi, bu peyvənd dəfələrlə müayinədən keçirilib. Həmçinin peyvənd artıq bir çox insanlara vurulub”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Namiq Nəbiyev deyib.

Həkimin sözlərinə görə, “Sputnik V” peyvəndi artıq Rusiyada 16 milyondan çox adama vurulub. Bununla yanaşı digər qonşu ölkələr də, peyvəndin istifadəsinə başlayıb. Peyvəndin o dərəcədə ciddi fəsadı yoxdur və təhlükəsizdir. Peyvənddən sonra yüngül tempratur gözləniləndir. Həmçinin qripə bənzər halların görünməsi də normal hesab oluna bilər. Bu da elə bir ciddi hal deyil. Ona görə Azərbaycanda bu peyvənddən normal şəkildə istifadə edilə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...