Uşaqları koronavirusdan qorumağın yolları

Həyatımızda 2020-ci ildən bəri rast gəlinən Covid-19 hadisələri əsasən, yetkinlərdə daha çox görülüb. Lakson aylarda virusun mutasiya edildiyi, daha sürətli yayıldığı və uşaqlara təsir etdiyi məlum olub. Bu nöqtədə uşaqların qidalanmasına böyük diqqət yetirilməlidir. Türkiyəli qidalanma mütəxəssisi Gonca Güzel Ünal, uşaqların qidalanması ilə əlaqədar danışıb.

Onun sözlərinə görə, su istehlakı ilə yanaşı düzgün qidalanma da vacibdir: “Sinusları açmaq üçün bol su içməlidir. Burunu duzlu su ilə təmizləmək faydalıdır. Bu təmizlik xroniki sinüzitin qarşısını almaq üçün elmi cəhətdən sübut edilib və postnazal damcı ilə sinusları rahatlaşdırır”.

Şəkərli məhsullar immuniteti zəiflədir

Araşdırmalara görə, şəkərli məhsullar immunitet sistemini zəiflədir: “İmmunitet sistemini tarazlaşdırmaq üçün uşaqlar bol miqdarda tərəvəz və meyvələrlə qidalanmalı, onların antioksidan və lif qəbulları artırılmalıdır. Fermentləşdirilmiş məhsullar, turşu, kefir və evdə hazırlanan qatıq uşaqlarda bağırsaq mikrobiota üçün çox faydalıdır”.

D vitamini qəbul edin

Virusdan qorunmaq üçün D vitamini qəbul edin və bolca günəş şüası altında olun: “Covid-19-dan qorunmaq üçün immuniteti dəstəkləyən sink, vitamin C, selenyum vitaminləri və mineralları da vacibdir. Bol miqdarda qoz-fındıq, meyvə-tərəvəz, protein qidaları istehlak etmək lazımdır. Limonat, portağal suyu, bal, nanəli çay, zəncəfil çayı uşaqların istehlak edə biləcəyi faydalı içkilər arasındadır. Yeməyi buxarlanma və ya qaynama üsulu ilə bişirmək də çox faydalıdır. Bol miqdarda tərəvəz, sağlam protein və təbii yağ, ədviyyat kimi fermentləşdirilmiş məhsullar yemək yaxşı bir immunitet sistemi üçün vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə