Covid-19 peyvəndindən imtina edənlərin sayı azalır

Peyvənd əleyhdarlarının sayı getdikcə azalır. Görünür, koronavirus əlehinə tətbiq edilən vaksinlərin təsiri kifayət qədər özünü doğruldub. Belə olmasaydı dünyada peyvəndləməyə inanmayanların sayı 16 faizə, qərarsız olanların sayı isə 23 faizə qədər azalmazdı. Bu gün dünyanın bir qismində pandemiyanın III, digər bir payında isə IV fazası yaşanır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cəmiyyətin 85%-i epidemiyanın 2021-ci ildə bitməyəcəyini düşünür.

Dünyada gündəlik yoluxma sayı əvvəlkindən daha yüksək səviyyədədir. 17 aprel tarixinə görə, 1 milyon insana düşən xəstə sayı təxminən 702-dir. Avropa Birliyi ölkələrində isə bu rəqəm 341-dir. İngiltərədə test nisbəti Türkiyə ilə müqayisədə 3 dəfədən çox olsa da, yoluxma sayı daha azdır. Bu vəziyyətin əsas səbəbi noyabr ayından bəri orada sərt tədbirlər və toplu vaksinasiyanın təşkil edilməsidir.

2020-ci ilin dekabrında vaksinasiya hələ başlamamış olsa da, cəmiyyətdə peyvəndlə bağlı suallar var idi. Əhalinin böyük bir qismi peyvənddən imtina edirdi. Aylar keçdikcə və epidemiya təəssüf ki, mənfi mənada irəlilədikcə bu mənzərə də paralel olaraq dəyişdi. Hal-hazırda hər 10 nəfərdən 6-sına peyvənd vurulur. Lakin, hələ də qərarsız insanlar var. Bu iki qrup ümumilikdə hər 10 nəfərdən 4-nü təşkil edir. Peyvənd barədə soruşulduqda, valideynlər 18 yaşınadək uşağının vaksinasiya olunmasına qərarsız yanaşır.

Perspektiv baxımından xəstəliyin müalicəsi müsbət istiqamətdə irəliləyir. Yanvar ayının sonundan etibarən peyvəndlə əlaqədar mənfi təklif verənlərin nisbəti azalıb, müsbət düşünənlərin sayı isə artıb. Lakin, vətəndaşların yarısından çoxu bu mövzuda bir-birlərini motivasiya etmirlər.

İnsanlara peyvənd haqqında məlumat vermək vacibdir. Səhiyyə nazirliyinin peyvənd qrafiki haqqında kifayət qədər məlumat verdiyini düşünənlərin nisbəti, etməyənlərdən daha yüksəkdir. Həmçinin, hər 3 vətəndaşdan 1-nin məlumatı yetərli hesab etməməsi diqqətdən qaçmamalıdır. Bu, səlahiyyətlilərin nəzərə almaları lazım olan nisbətdir. Daha təsirli məlumat vermək üçün yeniliklərə ehtiyac var.

İlin əvvəlində pandemiyanın 2021-ci ildə nəzarətaltına alınacağı barədə fikirlər dolaşsa da, bu, sonrakı tarixlə əvəz olundu. Cəmiyyətin 31 faizi pandemiyanın 2021-ci ildən sonra bitəcəyini düşünür. Zaman keçdikcə bu gözləntilər dəyişir. Bu gün eyni sualı verəndə 17 faiz pandemiyanın bu il ərzində bitəcəyini düşünür, əksəriyyətin gözləntiləri daha bədbindir. Peyvəndləri yaxın ətrafına tövsiyə edənlərin nisbəti isə ilin əvvəlindən bu yana 6 pillə artıb.

Valideynlərin yarısından çoxu, 18 yaşdan kiçik uşaqlarına koronavirus peyvəndi etdirəcəyini deyiblər.
Hazırda tətbiq olunan Covid-19 peyvəndi 18 yaş və yuxarı olan şəxslərə tətbiq olunur. Dünyada 16-17 yaş arası gənclərdə istifadə üçün təsdiqlənmiş yalnız bir Covid peyvəndi var. Peyvəndlərin heç biri 16 yaşdan kiçik uşaqlara tətbiq edilə bilməz.

Ayçən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə