Oruc tutmağın insan sağlamlığına təsiri ilə əlaqədar araşdırmalar davam etdirilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, indiyə qədər aparılan araşdırmalarda orucun dəri problemlərinin qarşısını aldığı və dəri xərçəngi riskini azaltdığı ortaya çıxıb.

Ətraf mühit faktorları və günəş işığı ilə yanaşı, yediklərimiz də dəri görünüşünə təsir göstərir. Oruc gündəlik qidalanmanı dəyişdirir. Mütəxəssislər, pəhrizdəki dəyişikliklərin sızanaqların, dəri xərçənginin və hətta, dəri yaşlanmasının qarşısını ala biləcəyini düşünürlər. Oruc, kalori qəbulunu azaldır və detoks effekti yaradaraq bədəni təmizləyir.

Kalori qəbulunda bu azalma bədəndə xolesterol və trigliserid səviyyəsinin azalmasına səbəb olur. Son araşdırmalar nəticəsində, orucun iltihabi xəstəlikləri olan xəstələri sağaltdığı aşkarlanıb.

Dəri xərçəngi riskinin azalması.

Oruc xərçəng hüceyrələrini azaltmağa kömək edə bilər. Hələlik, siçanlar üzərində aparılan xərçəng tədqiqatı ilə bağlı daha çox araşdırma aparılması lazım olduğu irəli sürülür.

Bütün xəbərlər Facebook səhifəmizdə