Belçika alimləri “K” vitamin çatışmazlığının COVID-19-da komplikasiyaya səbəb olduğunu irəli sürüblər. SİA bu barədə Rusiyanın “İzvestiya” nəşrinə istinad edərək bildirir.
Vitamin çatışmazlığı qan damarlarının elastikliyini azaldır. Qanın qatılaşması, yəni trombozlaşması da öz növbəsində damarların məhv olmasına gətirib çıxarır. Bədəndə qan laxtasının əmələ gəlməsi zəif dövrana səbəb olur. Bu halda ayrılmış böyük bir qan laxtası damarı bağlaya və hətta qəfil ölümə səbəb ola bilər.
Bildirək ki, əvvəllər bu fenomen diabet, hipertoniya, ürək-damar, xroniki böyrək və piylənmə xəstələrində müşahidə olunurdu. Amma tromboz hazırda koronavirus xəstələrində getdikcə daha artıq dərəcədə müşahidə edilməkdədir.
Məhz buna görə, alimlər "K vitamininin ağciyər sağlamlığı və qan laxtalanmasının tənzimlənməsi üçün vacib olduğunu qeyd edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB