"Hazırda Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 27 523 nəfər qan xəstəlikləri dispanser qeydiyyatdadır". SİA-nın xəbərinə görə, bu barədə institutun direktoru Zöhrə Əlimirzəyeva bu gün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, keçən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb: "Onların 603 nəfəri böyüklər, 84 nəfəri isə uşaqlardır. Həmin şəxslər dispanser qeydiyyata götürülüb".
İnstitut direktoru qeyd edib ki, hazırda Azərbaycanda dispanser qeydiyyatda olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB