Uşaqlarda pəltəklik niyə yaranır?

Uşaqlarda pəltəklik niyə yaranır?

Uşaqlarda müalicə edilməsi mümkün olmayan pəltəklik depressiya nəticəsində yaranır. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Memorial Şişli Xəstəxanası Uşaq Xəstəlikləri Bölümünün psixiatrı Leyla Alkaş deyib. O bildirib ki, 2-7 yaş arası, xüsusilə də oğlan uşaqlarında daha çox təsadüf olunan pəltəklikdə genetik amillər fəal rol oynayır:

“Bu halın zamanla keçməsini gözləyərək müalicəsi təxirə salındığı halda pəltəklik uşaqlarda depressiyaya da səbəb olur. Pəltəklik halı cəmi 1 faiz uşaqlarda müşahidə olunur. Bu hal oğlan uşaqlarında qız uşaqlarına nisbətən 4 dəfə daha çox baş verir. Pəltəklik 2-5 yaşlar arasında uşaqlarda daha çox inkişaf edir. Bunun genetik olaraq uşağa keçməsi də mümkündür. Yaxın qohumlarda pəltəklik varsa, uşaqda da bunun olması ehtimalı 3 dəfə artır. Pəltəkliyin öz-özünə və ya tibbi prosedurlarla ötüb-keçməsi 80 faiz mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə