Ginekoloji xəstəliklərin səbəbləri

Sağlamlıq insan həyatında ən önəmli məfhumlardan biridir. Amma söhbət qadının, gələcəyin və ya indinin anasından gedirsə məsələnin məsuliyyəti 2 qat artır. Qadın xəstəlikləri arasında ginekoloji xəstəliklər xüsusi yer tutur. Xanım.net bu dəfə Sizə ginekoloji iltihabi xəstəliklərin yaranma səbəbi haqda məlumat verəcək:

Ətraf mühitin ekoloji təsviri, psixoloji vəziyyət, dərman preparatlarının kontrolsuz təyini (əsasən də antibiotiklərin ) qadın sağlamlığını risq altına qoyur. Bununla əlaqədər olaraq normal mikroflora da təzyiq altında qalır, patogenlik xüsusiyyəti əldə edir və onun “təmsilçiləri” bir çox xəstəliklərin törədicilərinə çevrilirlər. Cinsi orqanların müadfiə sistemləri isə zəifləyərək uregenital infeksiyaların hücumuna məruz qalırlar.

İltihabi xəstəliklərin inkişafına çox faktorlar təsir edir: infeksiyalar, soyuğun təsiri, abortlar, operativ və yaxud da diaqnostik məqsədlə aparılan manipulyasiyalar, cinsi həyatta gigiyena qaydalarına riayət etməmək, antibiotiklərlə qeyri adekvat müalicə və s. Eləcə də uşaqlıqdaxili spirallar iltihabi xəstəliklər risqini 4-5 dəfəyədək artırmış olurlar. Bu göstərici düzgün istifadə olunmayan uşaqlıqyoludaxili tamponların istifadəsinə də aiddir.

İltihabi prosesin səbələrindən biri kimi cərrahi müdaxilələr zamanı toxuma zədələnmələrini də göstərmək olar. Bu halda oksidləşmə-bərpa potensialı aşağı düşərək şərti-patogen floranın yayılması anlamına gəlir.

Bütün bu risk faktorlarını nəzərə alaraq daha ehtiyatlı davranmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə