Amerika alimlərinin qənaətinə görə, səhər yeməyindən imtina nəinki qamət, həm də ürək üçün zərərlidir.
Səhər bir fincan qəhvə ilə kifayətlənmək mənasızdır. Bundan əlavə, səhərlər ac qalmaq qanda olan pis xolestirinin artmasına, yəni ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. “The American Journal of Clinical Nutrition” jurnalında dərc edilmiş dietologiya və sağlam qida problemlərinə həsr olunmuş məqalədə deyilir: “Səhər yeməyinin təbliği səhiyyə sisteminin əsas vəzifələrindən biri olmalıdır”.
Bütün yaş qruplarında hər kəs üçün səhər yeməyi süd məhsulları, dənli bitkilər və soyuq, yaxud isti içkilərdən ibarət olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB