Nazir vətəndaşları dinlədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür. Səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Ucar rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Nazir Ucar, Ağdaş, Ağsu, Kürdəmir rayonlarından olan 11 vətəndaşı qəbul edib.

Qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə