Güclü qarın yağması və yolların buz bağlaması nəticəsində xəsarət alanları sayı açıqlanıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev SİA-ya açıqlamasında ötən sutka ərzində Bakıda güclü qarın yağması nəticəsində 23 nəfərin yıxılaraq xəsarət aldığını deyib: "Bir nəfərə yerində ilkin yardım göstərilib, 22 nəfər isə xəstəxanaya yerləşdirilib. Ciddi xəsarət alan yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB