Milli Məclisin Səhiyyə Komitəsinin cari il üçün ilk iclası keçirilib
Milli Məclisin Səhiyyə Komitəsinin 2017-ci ildə iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda ilk növbədə 2016-cı il payız seessiyası dövründə görülən işlər haqqında hesabat verən komitə sədri Əhliman Əmiraslanov bildirib ki, sözügedən dövr ərzində komitə tərəfindən 8 məsələ müzakirə edilib, onlardan 6-sı isə plenar iclasa çıxarılaraq təsdiq edilib. Komitənin bu dövr ərzində məhsuldar işlədiyini deyən Ə. Əmiraslanov qeyd edib ki, payız sessiyası dövründə dərman vasitələrinin reklamı ilə bağlı dəyişikliyi xüsusi qeyd etmək olar: " Ölkə başçısının təşəbbüsü ilə ölkəmizdə dərman vasitələri ilə bağlı ciddi işlər görülür. Bu dəyişikliklərin isə qanun şəklinə salnması üçün Milli Məclisin üzərinö böyük məsuliyyət düşür. Bu baxımdan 2016-ci ilin payız sessiyasında "Dərman vasitələri haqqında" qanun layihəsinə dəyişiklik edilib. Dərman vasitələrinin reklamı ilə bağlı edilən dəyişiklik isə xüsusi əhəmiyyət kəs edir. Ötən il edilən dəyişikliklərə əsasən. dərman vasitələri yalnız beynəlxalq simpozium. konfrans və tədbirlərdə reklam oluna bilər. Bu çox uğurlu addımdır. Çünki, dərmanların reklam edilməsi və insanların təsir altına düşərək onlardan istifadə etməsinin ciddi fəasadlar törətdiyinin dəfələrlə şahidi olmuşuq".
Komitə sədri həmçinin bildirib ki, ötən sessiyada komitə tərəfindən plenar iclasa tövsiyə olunan "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsinə də dəyişiklik edilib: "Bu qanuna illərdir ki, tez-tez dəyişiklik edilir. Düşünürəm ki, bu dəyişikliklər hələ də davam edəcək. Çünki sözügedən qanun layihəsi mühümdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB