"Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 218 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunurlar". SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzı Poladova qurumun kollegiya iclasında deyib.
O bildirib ki, diabetli uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Hazırda 90 belə uşaq insulin pompası daşıyıcısıdır.
G.Poladov vurğulayıb ki, əhalinin sağlamlığının daima qayğısına qalan cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin profilaktik müayinələri bu il də davam etdirilib: "Müayinə olunmuş əhalinin 3.3 faizində ilkin xəstəliklər aşkar olunub 1.47 faizi dispanser nəzarətə alınıb, 7.32 faizi sağlamlaşdırılmış və 0.8 faizi hospitalizasiya olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB