Donuz qripi ilə bağlı 50-dən çox qan nümunəsi götürülüb

Donuz qripi ilə bağlı 50-dən çox qan nümunəsi götürülüb

Donuz qripi xəstəliyi ilə bağlı indiyə qədər 50-dən çox qan nümunəsi götürülüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, respublika ərazisində donuz qripi ilə bağlı yoluxma halına hələ ki, rast gəlinməyib. Səhiyyə Nazirliyi tərəfindən donuz qripi xəstəliyinə qarşı müvafiq profilaktik tədbirlərin gücləndirilməsi haqda əmr imzalanıb. Əmrə əsasən, şəhər və rayonların tibbi idarə və müəssisələrinin rəhbərlərinin və tibb işçilərinin donuz qripi xəstəliyi barədə məlumatlandırılması həyata keçirilib.

Bununla bağlı olaraq bir sıra kliniki tibbi mərkəz və xəstəxanalarda müvafiq palatalar ayrılıb.

Hələ ki, yoluxma halı aşkarlanmayıb lakin belə bir xəstəlik halı aşkarlandıqda bütün səhiyyə sisteminin müvafiq profilaktik tədbirlərə müraciət edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə