Ana və uşaq ölümünün ilkin səbəbləri RƏSMİ AÇIQLAMA

Ana və uşaq ölümünün ilkin səbəbləri RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi Quba Regional Perinatal Mərkəzində qeydə alınan ana və uşaq ölümünün ilkin səbəblərini açıqlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli SİA-ya açıqlamasında deyib ki, mərkəzdə dünyasını dəyişən 1993-cü il təvəllüdlü Mövsümova Qızxanım 16 yaşında ailə həyatı qurub: "Beş il ərzində övladı olmayan qadın həm Azərbaycanda, həm də xaricdə hormonal müalicələr alıb. Mayın 21-də Quba Regional Perinatal Mərkəzinə daxil olub. Vəziyyəti nəzərə alınaraq spinal anesteziya olunub. Əməliyyat başlamadan ananın ürəyi dayanıb, reanimasiya tədbirləri həyata keçirilsə də, nəticə verməyib. Nəticədə bətnindəki uşaq da, özü də həlak olublar".

Nazirlik rəsmisi qeyd edib ki, hazırda faktla bağlı ekspertiza aparılır. Bundan əlavə, materialların Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına daxil olduqdan sonra araşdırmaya başlanacaq. Ölümün dəqiq səbəbləri isə araşdırmanın nəticələrindən sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə