Qış fəslinin sona çatmasına artıq bir ay qalıb. Havaların qışa uyğun keçməməsi, günəşli havanın olması insanlar arasında xəstəliyin yayılmasına səbəb olub. Xəstəlik özünü güclü hərarətin və kəskin öskürəyin olması ilə biruzə verir. Lakin virusla yayılan bu xəstəliyin digər əlamətləri də var. Həkim Rəşid Ağayev bildirdi ki, bir sıra xəstəliklər mövsümü xarakter daşıyır: "Qış mövsümündə əsasən insanlarda yuxarı tənəffüs yollarının iltihabı, kəskin loringit, foringit, renit kimi xətəliklərinin yayılma dövrü başlayır. İnsanlar xəstəliyə tutulan zaman özləri buna fikir vermirlər. Öncə xəstələrdə halsızlıq, baş ağrıları və burunda tutulmalar olur".
Xəstələrin temperaturunun 38-39 dərəcəyə, bəzən isə 40 dərəcəyə yüksəldiyini deyən həkim bildirdi ki, dərman terapiyasına başlamazdan əvvəl müxtəlif vasitələrdən istifadə etmək lazımdır ki, xəstəlik yüngül keçsin. Həkimin sözlərinə görə, bəzən xəstəliyin ilk günlərindən başlayaraq antibiotiklərdən istifadə olunur. Lakin xəstələr bilməlidirlər ki, adətən virus infenkiyalarında antibiotiklər xəstəliyin sağalmasına yardım etmir.
Həkim qeyd etdi ki, bu kimi xəstəliklərə tutulmamaq üçün öncədən tədbirlərin görülməsi də vacibdir. Belə ki bədənin müqavimətini artırmaq üçün hər gün idman etmək, tez-tez otağın havasını dəyişmək, nəm dəsmalla otaqdakı əşyaları silmək lazımdır.
Hər halda sağlamlığımızı qorumalı, qeydinə qalnmalıyıq. Yoxsa hələ bu sözü çox eşidəcəyik: "Sağlam olun!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB