16 Oktyabr- Ümumdünya Anesteziya Günüdür - FOTO

16 Oktyabr- Ümumdünya Anesteziya Günü – xəstələrə ağrısız müalicə almağa kömək edən anestezioloqların peşə bayramıdır. Hər bir cərrahi əməliyyatın uğurlu nəticəsi məhz anestezioloqun peşəkarlığından asılıdır. Anesteziya ilk dəfə XIX əsrdə tətbiq edilib. Anestezioloqlar ən çətin və təhlükəli vəziyyətdə olan xəstələri həyata qaytaran, ağrıdan qoruyan və xilas edən həkimlərdir və onların nəzarəti altında ən mürəkkəb cərrahi əməliyyatlar narahatlıq və qorxu olmadan təhlükəsiz və rahat şəkildə aparılır. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının anestezioloqları ümumi və regional anesteziyadan istifadə edirlər. Əməliyyatın uğurunun yarısı anestezioloqun işindən asılıdır. Onlar anesteziya verməklə yanaşı, əməliyyat zamanı həm də xəstələrin bədəninin bütün parametrlərinə ciddi nəzarət edirlər. Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya şöbəsində ən mürəkkəb əməliyyatların icrası məqsədilə anesteziya dünya standartları səviyyəsində təşkil olunub.

Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya şöbəsinin təcrübəli həkimləri şöbə rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqov, anestezioloq-reanimatoloqlar Mehdi Əliyev, Rəşad Nəsirli, Könül Həsənova, Şahin Mazanov, Xəyal Məmmədov, Sevda Quliyeva, Günel Cəfərovanı və şöbənin həkim-rezidentlərini peşə bayramı günü münasibətilə təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!.

Bütün xəbərlər Facebook səhifəmizdə