...Alimlər dağınıq sklerozun inkişafına kömək edə biləcək beyin hüceyrəsinin bir növünü müəyyən ediblər.
SİA xəbər verir ki, bu barədə Neuron britaniyalı alimlərin araşdırmalarına istinadən məlumat yayıb.
Mütəxəssislərin fikrincə, DARG adı verilən bu hüceyrələr insan beyninə zərər yaymaq qabiliyyətinə malikdir.
...Biz yalnız fəaliyyətini dayandırmayan hüceyrələr tapdıq, onlar zərərləri aktiv şəkildə yayar, - deyə ekspert izah edib.
Bu hüceyrələr daha əvvəlki, embrional inkişaf vəziyyətinə qayıdırlar, lakin onlar da vaxtından əvvəl qocalır və qonşu neyronlara zərər verən iltihab siqnalları buraxırlar. Tədqiqatçılar onu da əlavə ediblər ki, bu hüceyrələr üzərində gələcək tədqiqatlar bu xəstəliyin müalicəsi üçün dərmanların hazırlanmasına yol aça bilər.
Dağınıq skleroz, immunitet sisteminin beyindəki sinirlərin qoruyucu örtüyünə hücum etdiyi bir xəstəlikdir.
Bu, sinir sisteminin siqnal ötürmə qabiliyyətini pozur, nəticədə zəiflik, hərəkətdə çətinlik, nitq və görmə problemləri kimi simptomlar yaranır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə