...Makqilla Universitetinin (Kanada) tədqiqatçıları zədələnmiş səs telləri olan insanlarda səsin bərpasına kömək edə biləcək yeni inyeksiya üçün biomaterial hazırlayıblar.
Onlar laringeal toxumanın strukturunu və elastikliyini təqlid edən hüceyrədənkənar matris və alginata əsaslanan xüsusi material olan “klik” hidrogelini hazırlayırlar.
SİA-nın məlumatına görə, tədqiqat Biomateriallarda təsvir edilib.
Tədqiqat göstərdi ki, yeni material təkcə deqradasiyaya və təkrar inyeksiyaya davamlı deyil, həm də toxumaların bərpasını stimullaşdırır.
Hüceyrə və heyvan təcrübələrində hidrogel qan damarlarının əmələ gəlməsinə kömək edib, iltihabı azaldıb və zaman keçdikcə ətrafdakı toxuma ilə tam inteqrasiya edib. Müəlliflərin fikrincə, klik kimyası texnologiyası yüksək biouyğunluq və mexaniki xüsusiyyətlərin - elastiklikdən deqradasiya dərəcəsinə qədər dəqiq tənzimlənməsinə imkan verib.
Bu hidrogel potensial olaraq zədə və ya əməliyyatdan sonra təkcə səs tellərini deyil, həm də digər yumşaq toxumaları bərpa etmək üçün əsas ola bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə