Meksika vətəndaşı Afrika Berenis Jazmin ona göstərilən yüksək səviyyəli tibbi xidmətə görə təşəkkürünü bildirib
Azərbaycanın paytaxtı Bakı şəhərinə 10 günlük işgüzar səfər çərçivəsində gələn Meksika vətəndaşı Afrika Berenis Jazmin səfərinin ikinci günü səhhətində yaranan narahatlıq səbəbindən Mərkəzi Gömrük Hospitalına müraciət edib. Pasiyentə Ümumi Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov tərəfindən vaxtında və peşəkar tibbi yardım göstərilib, apendisit əməliyyatı əməliyyat uğurla icra olunub.
Afrika Berenis Jazmin ona göstərilən yüksək səviyyəli tibbi xidmətə və qayğıya görə Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə, Namiq həkimə və tibb personalına dərin minnətdarlığını ifadə edib. Sizə pasiyentimizin səmimi təşəkkür çarxını təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə