ABŞ-da meymun çiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb

...Şiddətli mpox ştammına (clade I, meymun çiçəyi) ilk yoluxma halı ABŞ-ın Kaliforniya ştatında qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN yazıb.

Qeyd olunur ki, yoluxmuş şəxs xəstəliyin epidemiyasının baş verdiyi Şərqi Afrikadan qayıdıb. O, hazırda evdə özünü təcrid edir və vəziyyəti yaxşılaşır. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) Amerikanın mümkün təmaslarını izləmək üçün çalışır.

Xatırladaq ki, avqust ayında İsveçdə mpox infeksiyasına ilk yoluxma halı qeydə alınıb. İsveç İctimai Səhiyyə Agentliyinin baş direktoru vəzifəsini icra edən Olivia Vigzell, “Xəstəliyə yoluxmuşun Afrikanın böyük bir MPOX epidemiyasının olduğu bir bölgədə yoluxub”-deyə bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə