“Ürək çatmazlığı xəstələrində möhtəşəm dördlü"

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqu Günay Hətəmova 25 oktyabr 2024-cü il tarixində “Ürək çatmazlığı xəstələrində möhtəşəm dördlü: Nə, kimə və nə zaman başlamaq lazımdır?” mövzusunda təqdimatla çıxış edib. SİA xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının sonoloqu Günay Əhmədova, kardioloq Günay Məmmədova, endokrinoloq Şəbnəm Əlirzayeva, təcili tibbi yardım həkimi Bəylər İmanov və Mərkəzi Gömrük Hospitalının klinik bazasında rezidentura təhsili alan həkim-rezidentlər iştirak ediblər.

Dr.Günay Hətəmova çıxışında ürək çatmazlığının tipləri, müalicə hədəfləri və növləri barədə ətraflı məlumat verib. Seminarın sonunda Günay həkim mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə