“Belarusda son 20 ildə belə hal olmayıb...”

Ölkədə qızılcaya yoluxma hallarında kəskin artım müşahidə olunur...

...Bu arada Belarusda qızılca xəstəliyinə yoluxma hallarının artması ilə bağlı həyəcan təbili çalınır.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, peyvəndlə qarşısı alına bilən xəstəliklər laboratoriyasının rəhbəri, professor Yelena Samoyloviç, son 20 ildən artıq bir müddət əzində ölkədə qızılcaya belə yoluxmanın müşahidə edilmədiyini bildirib.

Onun dediyinə görə bu gün Belarusun bütün rayonlarda çoxlu sayda qızılcaya oluxma halları qeydə alınıb. Ən çox xəstələnmə Brest, Qomel və Mogilyov vilayətlərində müşahidə olunur.

Yelena Samoyloviç qızılca xəstəliyinə yoluxmanı ölkədə sonuncu dəfə 2023-cü ilin noyabrında müşahidə edildiyini bildirib. Onun dediyinə görə, həmən vaxt onun hansı mənbədən təşəkkül tapdığını müəyyən edə bilməyiblər.

...Həkimin dediyinə görə, Belarus indi qızılcadan azad ölkə statusunu itirmək riski ilə üz-üzədir. Yalnız 36 ay ərzində ölkədə virusun endemik dövriyyəsinin olmadığına dair inandırıcı sübutlar təqdim edildikdən sonra onu geri qaytarmaq olar. Biz bunu ÜST-nin Avropa Regionunun Üzv Dövlətlərində 2023-cü il üçün qızılca xəstəliyinin aradan qaldırılmasının vəziyyəti ilə bağlı illik yeniləmə elan edildikdə biləcəyik.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə