Tatlandırıcıların həddindən artıq istehlakı barədə xəbərdarlıq...

Fruktoza şəkərdən daha çox sağlamlığa mənfi təsir göstərə bilər

Fruktoza (...meyvəli şəkər-A.B.) şəkərdən daha çox sağlamlığa mənfi təsir göstərə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə endokrinoloq Olqa Rojdestvenskaya bildirib.

...Fruktozadan qan şəkərinin səviyyəsi dərhal yüksəlməsə də, şəkər qəbul etdikdən sonra daha uzun müddət davam edir. Bu isə qaraciyər yağlanmasının artmasına, damarların qocalmasına və ürək-damar sisteminin xəstəliklərinə gətirib çıxarır, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, sağlamlığın qorunmasının əsas qaydası yeyilən yeməyin miqdarına nəzarət etməkdir.

...Biz hamımız şirniyyatları sevirik və onları ləzzət olaraq və ya əhval-ruhiyyəmizi yaxşılaşdırmaq üçün yedikdə, heç bir qəbahət yoxdur.

Amma böyük miqdarda saxaroza, laktoza və digər əvəzedicilər yeyildikdə, bu piylənməyə səbəb olur.

Bundan əvvəl, oktyabrın 10-da Avropa Tibb Mərkəzinin profilaktik və qocalma əleyhinə təbabət üzrə mütəxəssisi, endokrinoloq Kamilya Tabeyeva demişdi ki, şirniyyata olan həvəsin bir çox mümkün səbəbləri var. Onun sözlərinə görə, bu, adekvat yuxunun olmaması, nizamsız qidalanma, beyinə qan tədarükünün pozulması, bağırsaq disfunksiyasından yaranan mikroelement çatışmazlığı ilə bağlı ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə