Deyirsən itlə dostluq eləyənlər, daha çomağı əldən qoysunlar..?

İtə sahib olmaq sahibinin sağlamlığına necə təsir edir?

...Sən demə, ekspertin fikrincə, ev heyvanı sahibinin sağlamlığına müsbət təsir göstərir. Belə ki, it depressiya və narahatlıq əlamətlərini yüngülləşdirərək psixi sağlamlığı yaxşılaşdırır. Həkim deyir ki, ev heyvanı ilə yaşamaq əhvala müsbət təsir edən dopamin və serotonin ifraz edir. Sadəcə itinizi sığallamaq stress səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-ın Klivlend klinikasından psixoloq Çivonna Çayldz deyir bunu.

Köpəklərin digər mühüm faydası da bizi daha çox məşq etməyə həvəsləndirmələridir. Üstəlik, ev heyvanı ilə gəzmək sizə yeni sosial əlaqələr yaratmağa kömək edir.

İtlər ürək-damar sağlamlığını da yaxşılaşdırır. Alimlərin fikrincə, bu, ilk növbədə, ev heyvanlarının sahiblərinin müntəzəm olaraq idmanla məşğul olması ilə bağlıdır. Bu, sağlam bədən çəkisini saxlamağa və qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir ki, bu da ürəyin işinə müsbət təsir göstərir.

...Deyəsən, bu bizlik deyil axı. Deyirsən yəni indi ...itlə dostluq eləyənlər, çomağı əldən qoysunlar..?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə