Belarusda koronavirusun yeni variantı aşkarlanıb

Bu variant ilk dəfə Almaniyada aşkar edilmişdi

...Belarusda XEC koronavirusunun bir variantı müəyyən edilib, Səhiyyə Nazirliyi nazir müavini və baş dövlət sanitar həkimi Svetlana Neçaya istinadən məlumat yayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, sentyabr ayında ölkədə koronavirusun bu versiyası hələ mövcud deyildi.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, ölkədə xəstələrdən birində XEC koronavirus variantı müsbət çıxıb.

Səhiyyə Nazirliyinin qeyd etdiyi kimi, bu variant ilk dəfə 2024-cü ilin iyununda Almaniyada aşkar edilib.

XEC-ə yoluxma halları Böyük Britaniya, ABŞ, Danimarka və digər ölkələrdə qeydə alınıb.

XEC FLIRT omikronunun iki variantının rekombinasiyası nəticəsində yaranmışdır. Respublika Gigiyena, Epidemiologiya və İctimai Səhiyyə Mərkəzinin Gigiyena, Toksikologiya, Epidemiologiya, Virusologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri koronavirusun yeni variantlarının yaranması ilə bağlı daim nəzarətdə saxlanılır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə