Lənkəran şəhərində intihar hadisəsi baş verib. Lənkəran Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Cavid Qəni oğlu Nəsirovun meyiti sentyabrın 2-də saat 22.30 radələrində xalasına məxsus yaşayış olmayan tikilinin həyətindəki ağacdan asılmış vəziyyətdə aşkar edilib. Meyitin tibbi ekspertizasından sonra intiharın bir sutka öncə edildiyi müəyyənləşib. Əlavə edək ki, son vaxtlar işsiz olan mərhumun 1 uşağı var.

C.Nəsirov Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatında ümumi şöbənin müdiri işləyən Məlahət Baxşıyevanın oğludur. Hələlik qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə