Babək prospektində qəza baş verib, yolda sıxlıq yaranıb - FOTO

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın hərəkətinə qısa müddətlı məhdudiyyət tətbiq edilib. Haxzırda mərkəz istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək üçün zəruri tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə