Ötən gün 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sentyabrın 22-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,3 kiloqrama yaxın narkotik vasitə və 131 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə