Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzası ilə bağlı cinayət işi açılıb

Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. SİA-nın məlumatına görə, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KamAz" markalı yük maşınının qoşqusuna çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində ölüb.

Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə