İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib. SİA xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Şöbəyə qəbul edilən xəstələrdən 39-u dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənib.
Həmçinin 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər isə göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 qadın, 2 kişi) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə