İmişlidə baş verən avtomobil qəzası zamanı xəsarət alan 6 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

İmişli rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 6 nəfərin vəziyyəti məlum olub. İmişli Rayon Mərkəzi Xəstəxanasından SİA-nın bölgə müxbirinə bildirilib ki, qəza zamanı xəsarət alan 6 nəfər (hər biri kişi cinsli olmaqla) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1977-ci, 2012-ci və 2013-cü il təvəllüdlü 4 nəfərə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin edilib. 2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər şəxslərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə