Göygöldə əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olunub. SİA-nın məlumatına görə, Göygöl Rayon Polis Şöbəsinin apardığı araşdırmalar zamanı Quşqara kəndində 1,2 hektar biçilmiş əkin sahəsinin kənd sakininin qəsdən yandırdığı müəyyənləşib.
Polis əməkdaşları hadisənin törədilməsində şübhəli bilinən F.Əliyevi saxlayaraq barəsində inzibati tənbeh tədbiri görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə