Bakıda yarımtikilidə narkotik aludəçiləri saxlanılıb

Bakının Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli SİA-ya bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Onun sözlərinə görə, əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə