Şabran rayonunun Dəvəçikənd kəndi ətrafında, Bakı Quba yolunun kənarında güclü yanğın baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, axşam saatlarında biçilmiş əkin sahələri alışıb, güclü külək səbəbilə yanğın geniş əraziyə yayılıb, kol-kos yanıb.
Əraziyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının tam məhdudlaşdırılması üçün tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə