Tərtərdə 3 nəfər kanalda boğulub

Tərtərdə suda boğulma hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni suda çıxarmaq mümkün olub, digər 3 nəfərin boğularaq öldüyü ehtimal olunur.

Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi ə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə