Biləsuvarda baş verən qəzada 21 yaşlı piyada ölüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.
Təmkin Nəcəfzadə idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən 2004-cü il təvəllüdlü Aysun Abbaslını vurub.
A.Abbaslı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə